Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatı müəssisələri üçün 1 milyon AZN-ə qədər kredit imkanı

    27 minutes from now

    Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı ilə həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində “PAŞA Bank” kənd təsərrüfatının maliyyələşdirilməsi üçün aqrokreditlər təklif edir. Finss.az xəbər verir ki, bank investisiya kreditləri, qısa müddətli dövriyyə vəsaitlərinin artırılması və dəyər zəncirinin maliyyələşdirilməsi üzrə kreditlər təqdim edir. Kreditlər Azərbaycan manatı və ABŞ dolları ilə verilir. Kredit məbləği 50 000-dən 1 000 000 AZN/ABŞ dollarına qədərdir. Kredit müddəti 24 ayadək, güzəştli dövr isə 6 aya qədər nəzərdə tutulub. Faiz dərəcəsi və kreditin verilməsi üzrə komissiya fərdi razılaşma əsasında müəyyən edilir. Ödəniş cədvəli isə ya annuitet, ya da xüsusi qrafik üzrə həyata keçirilir. Ətraflı məlumat üçün keçid: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,913/lang,az/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Evləri plana düşən vətəndaşları SEVİNDİRƏCƏK QƏRAR
    Next Article
    Yaponiyanın baş naziri: Ölkənin maliyyə vəziyyəti Yunanıstandan daha pisdir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment