Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə 1 milyon AZN-dək maliyyə imkanı

    7 hours ago

    "Azər Türk Bank" ASC, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər təqdim edir. Finss.az xəbər verir ki, kreditin maksimum məbləği 1 000 000 AZN, müddəti isə 60 ayadək müəyyən edilir. İllik faiz dərəcəsi maksimum 7% təşkil edir, mikro kreditlər üçün bu göstərici 12%-ə qədər ola bilər. Fermerlər üçün əlavə dəstək tədbiri kimi texnika alışına görə alış qiymətinin 40%-i, heyvandarlıq fəaliyyəti üzrə isə alış qiymətinin 60%-i qədər subsidiya nəzərdə tutulur. Bu şərtlər kənd təsərrüfatının inkişafına maliyyə baxımından əhəmiyyətli töhfə verir. Ətraflı məlumat üçün keçid: //atb.az/subsidiya/   Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bağdad Bakını İraqda neft hasilatı layihələrində iştirak etməyə dəvət edir
    Next Article
    Raspberry Pi OS Yeni Kilit Ekranı, İyileştirilmiş Yazıcı Uygulaması ve Daha Fazlasıyla Güncellendi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment