Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatı subyektlərinə 15 min manatadək kredit verilir

    21 minutes from now

    "Rabitəbank" ASC ölkə ərazisində kənd təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərə sərfəli şərtlərlə Fermer Krediti təqdim edir. Finss.az xəbər verir ki, bank bu kredit məhsulu ilə fermerlərin məhsuldarlığını artırmağa, texnika və avadanlıq almağa, heyvandarlıq və əkin sahələrini genişləndirməyə imkan yaradır. Fermer Krediti vasitəsilə bağçılıq, əkinçilik, heyvandarlıq və quşçuluq sahələrində çalışan sahibkarlar 500 AZN-dən 15 000 AZN-dək maliyyə dəstəyi əldə edə bilərlər. Kreditin verilməsi üçün minimum 12 aylıq təsərrüfat təcrübəsi tələb olunur. Kreditin illik faiz dərəcəsi 5%-dən, bəzi hallarda isə 7%-dən başlayır. Müddət 3 aydan 36 ayadək müəyyən edilir. Kreditə görə komissiya haqqı 1-3% aralığında dəyişir. Effektiv illik faiz dərəcəsi (FİFD) isə 5%-dən başlayır. Kredit vəsaiti Rabitəbankın öz maliyyə resursları ilə yanaşı, Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən də maliyyələşdirilə bilər. Kreditin təyinatına torpağın əkinə hazırlanması, aqrotexniki qulluq, gübrə və aqrokimyəvi maddələrin alışı, heyvandarlıq üçün yem tədarükü kimi xərclər daxildir. Bank həm ailə-kəndli fermer təsərrüfatlarını, həm də iri təsərrüfat subyektlərini hədəf auditoriyası kimi nəzərdə tutur. Fermerlər Rabitəbankın bu məhsulundan istifadə etməklə təsərrüfatlarını böyütmək və kənd təsərrüfatında davamlı inkişafı təmin etmək imkanına sahib olurlar. Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/fermer-krediti Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Gəncədəki partlayış qəsdən törədilibmiş
    Next Article
    Dələduzluğa görə istintaqa cəlb ediliblər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment