Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatı və mikrobiznes üçün sərfəli kreditlər – “Aqrarkredit”

    1 day ago

    “Aqrarkredit” QSC BOKT kənd təsərrüfatı və digər kənd yönümlü fəaliyyət sahələrini dəstəkləmək məqsədilə Kənd Yerlərinin Kreditləşdirilməsi Proqramı çərçivəsində sərfəli kreditlər təqdim edir. Finss.az xəbər verir ki, bu proqram çərçivəsində mikrokreditlər 10 000 manatadək, biznes kreditləri isə 1 000 manatdan yuxarı məbləğdə təklif olunur. Kreditlərin müddəti 3 aydan 60 ayadək, faiz dərəcələri isə sahədən asılı olaraq dəyişir: Kənd təsərrüfatı məhsul istehsalı və emalı üzrə – 15%-dən Ticarət, xidmət, tədarük və digər sahələr üzrə – 17%-dən Mikrokreditlər üzrə – 20%-dən İnvestisiya və çoxillik əkinlər üçün kredit müddəti 60 ayadək müəyyən oluna bilər. Kreditlərə 3 aydan 18 ayadək güzəşt müddəti tətbiq olunur və bu dövrdə yalnız faiz ödənişləri həyata keçirilir. Kredit təminatı olaraq: Biznes kreditləri üçün daşınar və daşınmaz əmlak (torpaq sahələri, təsərrüfat obyektləri və s.) Mikrokreditlər üçün isə zaminlik tələb olunur. Əlavə olaraq, kreditlər üzrə komissiya dərəcəsi 1%-dək müəyyənləşdirilir. Əhatə dairəsi bütün ölkəni əhatə edir və kreditlər Bakı, Naxçıvan, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki və Şamaxı filialları vasitəsilə təqdim olunur. Kreditdən hüquqi şəxslər, fərdi sahibkarlar və ailə-kəndli təsərrüfatları faydalana bilər. Kreditin təyinatına isə bitkiçilik, heyvandarlıq, aqrar emal, ticarət, xidmət, texnika və avadanlıq alışı, eləcə də turizm və loqistika sahələri daxildir. Ətraflı məlumat üçün: //aqrarkredit.az/az/credit-product-view/1-kend-yerlerinin-kreditleshdirilmesi-proqrami Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir
    Next Article
    NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment