Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kiçik və orta biznesüçün sürətli maliyyələşmə: Zamin və girov şərtləri sadələşdirildi

    39 minutes ago

    “AZİNVESTKREDİT” BOKT MMC kiçik və orta biznes sahəsində fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə əlverişli şərtlərlə kredit məhsulları təklif edir. Finss.az xəbər verir ki, kreditlərin məbləği 100 AZN-dən başlayaraq 100 000 AZN-ə qədər dəyişir. Müddət isə 3 aydan 60 ayadək müəyyən olunur. İllik faiz dərəcəsi və faktiki illik faiz dərəcəsi (FİFD) 22-36% intervalında təklif edilir. Kredit məhsuluna komissiya xərci 0%-dən başlayır. Maliyyələşmə üçün müraciət edən şəxslərdən yalnız şəxsiyyət vəsiqəsinin surəti və gəlirləri təsdiq edən sənəd tələb olunur. Kreditlərə müraciət etmək üçün 18-80 yaş aralığında olmaq kifayətdir. Zamin və girov tələbi isə kreditin məbləğindən asılı olaraq tətbiq edilir – daşınar və ya daşınmaz əmlak girovu tələb oluna bilər. Bu kredit məhsulu, xüsusilə mikrosahibkarlar və ailə bizneslərini böyütmək istəyənlər üçün sürətli və sərfəli maliyyə aləti hesab olunur. Ətraflı məlumat üçün: //www.azinvestkredit.az/kredit/2 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    50 manata şaftalı? – Paytaxt bazarlarında əl yandıran qiymətlər – VİDEO
    Next Article
    Mikro-biznesə təkan: girovsuz kreditlə biznesini böyüt!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment