Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kiçik və orta sahibkarlara 10 milyon manatadək güzəştli kreditlər təqdim olunur

    46 minutes ago

    Rabitəbank ASC, Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsilə kiçik və orta sahibkarlara güzəştli şərtlərlə kreditlər təqdim edir. Finss.az kreditlər kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Sahibkarlıq subyektlərinə illik faiz dərəcəsi 5%-dək olan kreditlər 5 000 manatdan 10 000 000 manatadək məbləğlərdə təqdim olunur. Kredit müddətləri layihənin miqyasından asılı olaraq 3 ildən 10 ilədək dəyişir. Güzəşt müddəti isə kreditin ümumi müddətinin yarısı qədərdir. Fondun vəsaiti hesabına verilən kreditlər xammal, avadanlıq və digər dövriyyə vəsaitlərinin alınması məqsədi daşıyır. Avadanlıq kreditləri üçün illik faiz dərəcəsi 9%-dək müəyyən edilib. Kredit almaq üçün sahibkarlar şəxsiyyət vəsiqəsi, VÖEN və digər müvafiq sənədlərlə müvəkkil kredit təşkilatına müraciət etməlidir. Layihə müsbət qiymətləndirildiyi halda, kredit vəsaiti sahibkara təqdim olunur. Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/sahibkarlara-kredit-sif Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Aqil Şirinov yenidən İlahiyyat İnstitutuna rektor təyin edildi
    Next Article
    Fermerlərə 50 min manatadək güzəştli kredit imkanı yaradılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment