Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    KİV: Şahzadə Uilyam qardaşı və arvadıilə əlaqəni daha əvvəl kəsmədiyinə görə təəssüflənir

    6 hours ago

    Şahzadə Uilyam qardaşı Harri və onun həyat yoldaşı Meqan Marklla münasibətləri daha əvvəl kəsmədiyinə görə təəssüfləndiyini bildirib.  HİT.az xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri kral ailəsinə yaxın mənbəyə istinadla məlumat yayıb. "Onlar hazırda ünsiyyətdə deyillər. Uilyam artıq bu məsələni arxada qoyub. O, hesab edir ki, Harri və Meqan Marklın kral titulları məsələsi onlar ailədən ayrılarkən dərhal və düzgün şəkildə həll olunmalı idi. Əgər bu baş versəydi, Uilyam onları kral ailəsindən tamamilə uzaqlaşdırardı və bu addımı atmadığına görə təəssüflənir", deyə mənbə bildirib. İnsayderin sözlərinə görə, prins Uilyam qardaşı Harriyə qarşı kəskin mövqedədir: "Uilyam səbrini tamamilə itirib. O, qardaşı ilə heç bir məsələdə açıq mübahisəyə girmək istəmir və artıq bu vəziyyətdən bezib. Uilyam düşünür ki, əgər Harri ailədən getmək qərarı veribsə, bunun nəticələrinə də razı olmalıdır". Bundan əvvəl "Daily Beast" nəşri də kral ailəsinə yaxın mənbəyə istinadla yazmışdı ki, Meqan Markl şəxsi "As Ever" brendini təbliğ edərkən "Onun Kral Məqamı" (Her Royal Highness) titulundan istifadə edir. Bu isə mərhum kraliça II Elizabetlə əldə edilmiş razılaşmanın pozulması kimi qiymətləndirilir. Həmin mənbənin bildirdiyinə görə, şahzadə Uilyam bu addımdan narazıdır və qardaşı ilə həyat yoldaşının titullarının, xüsusilə kralın tacqoyma mərasimindən sonra, alınmasını istəyir. Samir  
    Click here to Read more
    Prev Article
    Bu instituta məxsus avtomobil hərracda satıldı
    Next Article
    Novak bildirib ki, 2025-ci ildə Rusiyadan Çinə qaz nəqli daha yüksək olacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment