Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Lavanda sahələrinin gözəlliyi və Qəbələnin cazibəsi bir turda

    14 hours ago

    “İmperator Travel” şirkəti tərəfindən may ayının 24, 25, 28 və 31-də Qəbələyə Lavanda turu təşkil olunacaq. Finss.az xəbər verir ki, birgünlük turda iştirakçılar həm Lavanda sahəsinin füsunkar mənzərəsindən zövq alacaq, həm də Qəbələnin digər tanınmış turizm məkanlarını gəzəcəklər. Şirkətdən qeyd edilib ki, tur paketləri 28, 32 və 39 manat olmaqla üç seçimdən ibarətdir. Qiymətə nəqliyyat xidməti, tur rəhbəri, Lavanda sahəsinə giriş və axşam çay süfrəsi daxildir. Standart və giriş daxil paketlərdə səhər yeməyi də təmin olunur. Ekskursiya proqramına Tufandağ Yay-Qış turizm kompleksi və Nohurgöl də daxildir. Tur səhər saat 07:00-da Bakını tərk edəcək və axşam 22:30-23:30 arası paytaxta geri dönəcək. Şirkət əlavə edib ki, 0-5 yaş arası uşaqlar üçün iştirak ödənişsizdir (nəqliyyatda yer tutulmamaq şərti ilə) və tur zamanı spirtli içkilərin qəbulu qadağandır. Ətraflı məlumat üçün keçid: //turlar.az/mohtesem-qebele-lavanda-turu-104213.html Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Xətai rayonunda sərfəli investisiya: 1 ha 72 sot boş sahə
    Next Article
    Virtua Fighter 5 R.E.V.O. Konsollar için Duyuruldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment