Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Linkedin" süni intellektlə vakansiya axtarışını asanlaşdıracaq

    1 hour ago

    "Linkedin" yeni süni intellekt alətləri ilə iş axtaranlara daha uyğun vakansiyalar təklif edəcək. Valyuta.az xəbər verir ki, "Linkedin" platforması yeni süni intellekt əsaslı funksiyalar təqdim edib. Bu alətlər istifadəçilərə sadə dildə yazdıqları ifadələrlə uyğun vakansiyaları tapmaq imkanı yaradır. Artıq açar sözlər və dəqiq vəzifə adları tələb olunmur. Məlumata, görə, şirkətin karyera məhsulları üzrə rəhbəri Rohan Raciv bildirib ki, məsələn, “video oyunları sahəsində tərəfdaşlıq rolları” yazıldıqda, sistem hətta bu terminlər vakansiya mətnində olmasa belə müvafiq vakansiyaları təqdim edir Yeni “job match” funksiyası istifadəçinin profilini vakansiya ilə müqayisə edərək uyğunluq dərəcəsini göstərir və zəif tərəfləri vurğulayır. Məsələn, süni intellekt HTML kimi bacarıqları istifadəçi profilində qeyd olunmasa belə kontekstdən anlayır. "Linkedin"in məlumatına görə, hazırda platformada 15 milyondan çox iş elanı var və hər dəqiqə 11 min istifadəçi iş müraciəti edir. Son araşdırmalara əsasən, HR komandaları gündə 3–5 saat ərzində müraciətləri incələyir, lakin onların yarıdan azı vakansiya tələblərinə cavab verir. Bu yeniliklər "Linkedin"in 20 illik iş təcrübəsinə və böyük verilənlər bazasına əsaslanaraq AI texnologiyası ilə daha effektiv iş uyğunluğu təmin etməyi hədəfləyir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    FC 26 ve Battlefield 6 Zamlı Fiyatla mı Çıkacak? İşte EA'in Oyun Zamları Hakkındaki Açıklaması
    Next Article
    Ruhana Əhmədova bankda şöbə müdiri təyin edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment