Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Lotereyada 167,3 milyon dollar qazanan kişi polisə hücuma görə həbs olundu

    15 hours ago

    ABŞ-ın Kentukki ştatında "Powerball" lotereyasından 167,3 milyon dollar udan Ceyms Farthinq polis əməkdaşına hücum etdiyi üçün həbs olunub. Valyuta.az xəbər verir ki, bu barədə "WKYT" telekanalı məlumat yayıb. 50 yaşlı Farthinq 26 aprel, şənbə günü böyük məbləğdə uduş qazandığını öyrənib. O, ertəsi gün sevgilisi və anası ilə birlikdə mükafatını almaq üçün yola çıxıb və qalibiyyətini onlarla bölüşməyi planlaşdırıb. Lakin hadisədən bir neçə gün sonra, Floridada yerləşən çimərlik barında baş verən insident nəticəsində Farthinq saxlanılıb. Məlumata görə, o, əvvəlcə otelin digər qonağını yumruqla vurub, sonra isə vəziyyətə müdaxilə edən polis əməkdaşına ayaqla zərbə endirib. Hadisə zamanı Farthinqin 42 yaşlı sevgilisi Jaklin Faytmaster də otel qonaqları ilə münaqişəyə qoşulub və nəticədə o da həbs edilib. Lakin qadın sonradan sərbəst buraxılıb. Farthing üçün isə 10 min dollar məbləğində girov təyin olunub. Onun bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil. Mənbə:Qaynarinfo
    Click here to Read more
    Prev Article
    Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib
    Next Article
    Bakıda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment