Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mark Zukerberq "Instagram"ın inkişafını bilərəkdən ləngitməkdə ittiham olunur

    1 week ago

    ABŞ Federal Ticarət Komissiyasının (FTC) "Meta" şirkətinə qarşı qaldırdığı məhkəmə işi çərçivəsində "Instagram"ın həmtəsisçisi Kevin Sistrum ifadə verib və bildirib ki, Mark Zukerberq 2012-ci ildə bu platformanı satın aldıqdan sonra onun inkişafını bilərəkdən məhdudlaşdırıb. Valyuta.az bu barədə "The Verge" portalına istinadən xəbər verir.  Sistrumun sözlərinə görə, Zukerberq "Instagram"ın sürətlə inkişaf etməsinin "Facebook"un əsas sosial şəbəkə kimi istifadəçi aktivliyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edərək bu platformaya vacib resurslar və investisiyaların ayrılmasını ləngidib. O qeyd edib ki, "Instagram" hətta prioritet sahələrdə – videoməzmunun inkişafı və ya istifadəçi təhlükəsizliyinin təmin edilməsi kimi – "Facebook" ilə müqayisədə xeyli az insan resursu və maliyyə alıb. Sistrum əlavə edib ki, hər iki platformanın qarşılıqlı inkişafına xidmət edən funksiyalar (məsələn, paralel paylaşım – kross-posting) da Zukerberq tərəfindən ləğv olunub, çünki "Instagram" artıq "Facebook"a real rəqibə çevrilməyə başlamışdı. Məhkəmədə Sistrum həmçinin bildirib ki, "Instagram" böyük ehtimalla müstəqil şəkildə də əhəmiyyətli uğur qazana bilərdi. O və digər həmtəsisçi Mayk Kriger 2018-ci ildə şirkəti tərk ediblər və bu qərarı Zukerberqin platformanın gündəlik fəaliyyətinə müdaxiləsi və "Instagram"a tam miqyasda sərmayə qoymaq istəməməsi ilə əsaslandırıblar. Sistrumun ifadələri Mark Zukerberqin daha əvvəl məhkəmədə verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Zukerberq o zaman bildirmişdi ki, "Instagram"ın uğuru məhz "Facebook"un təqdim etdiyi resurslar və infrastruktur sayəsində mümkün olub. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Qubada körpü çöküb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
    Next Article
    Emre Belözoğlu'ndan Sivasspor açıklaması: 'Son çırpınışları'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment