Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

    16 hours ago

    20 may tarixində Bakıda “International HR Summit 2025” tədbiri keçiriləcək. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Valyuta.az-a açıqlamasında bildirib ki, 20 May – Beynəlxalq HR Günü ölkəmizdə keçiriləcək “International HR Summit 2025” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetinə əsaslanaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir. Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ilk dəfə baş tutacaq “International HR Summit 2025” tədbirində Avropa ölkələri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, BƏƏ, Maldiv İnsan Resursları Assosiasiyalarının prezidentləri və idarə heyətinin üzvləri, həmçinin BP, SOCAR, Azərconnect Group, PAŞA Holding, Veysəloğlu Holding, STP Şirkətlər Qrupunun İnsan resursları üzrə baş direktorları vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs edəcəklər. 20 May - Beynəlxalq HR günü keçiriləcək tədbirin ən mühüm tarixi hadisələrindən biri “Türkdilli Dövlətlərin HR İttifaqı”nın ilk dəfə Bakıda təsis edilməsidir. Tədbir iştirakçıları dünyanın insan resursları üzrə nüfuzlu HRCI və SHRM təşkilatları tərəfindən ən yüksək beynəlxalq akkrediyasiyaya malik 10.00 (PDC’s) peşəkar inkişaf kreditlərinə malik «Sertifikat» ilə təltif olunacaq, həmçinin qlobal insan resursları trendləri, İnsan yönümlü liderlik, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar. Ətraflı məlumat və müraciət üçün tədbirin rəsmi saytı təqdim olunur: //ihrs2025.az/  Qeyd edək ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International CEO Summit”, 2023-cü ildə “Global HR Summit”, 2024-cü ildə “World HR Summit” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.
    Click here to Read more
    Prev Article
    Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
    Next Article
    Jokey Mertcan Çelik, hastanede yaşam savaşı veriyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment