Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "McDonald's" restoranlarına maraq azalır - Şirkət müştəri itirir

    5 hours ago

    2025-ci ilin ilk rübündə "McDonald's" restoranlarında müştəri sayı gözlənilmədən azalıb.  Valyuta.az xəbər verir ki, bir ildir fəaliyyət göstərən restoranlarda qlobal satışlar 1% enib. Analitiklər isə 2%-lik artım proqnozlaşdırırdılar. Məlumata görə, xüsusilə ABŞ-də geriləmə kəskin olub – satışlar 3,6% azalıb ki, bu da pandemiya dövründən bəri ən aşağı göstəricidir. İstehlakçılar arasında iqtisadi qeyri-müəyyənliklə bağlı narahatlıq restoranlara tələbatı azaldıb. Qeyd edək ki, "Chipotle" kimi digər restoran şəbəkələri də oxşar geriləmələr açıqlayıb. Məlumatda deyilir ki, "McDonald's" ABŞ-də daha sərfəli menyular təqdim etməklə bu vəziyyətdən çıxmağa çalışır. Müştərilər bir tam qiymətli məhsul alanda əlavə bir məhsulu 1 dollara əldə edə bilirlər. Bundan əlavə, şirkət ötən ildən bəri davam edən "5 dollarlıq menyu" təklifini bu yay da uzadacaq. Şirkətin ümumi gəliri 3% azalaraq 5,95 milyard dollara düşüb. Bu, 6,09 milyard dollarlıq gözlənti ilə müqayisədə aşağıdır. Xalis gəlir də 3% azalaraq 1,86 milyard dollar olub. Yenidənqurma və digər bir dəfəlik xərclər çıxıldıqda, hər səhmə düşən qazanc 2,67 dollar təşkil edib ki, bu da gözləntiləri cüzi üstələyib. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Elman Rüstəmov bu qədər maaş alacaq
    Next Article
    NBA'de Yılın En Çok Gelişme Gösteren Oyuncusu ödülü sahibini buldu!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment