Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Məhsulunuz üçün tədbir təşkil edin - Xidməti dirçəltməyin 17 yolu

    5 hours ago

    Böyük şirkətlərin uğursuz məhsullarını çoxları xatırlayır. “Google Glass”, “New Coke” və “Ford Edsel” bu sırada yer alır. Lakin bəzən uğursuzluğa düçar olmuş, sonradan böyük uğura imza atmış məhsullar göz önünə gəlmir. Məsələn, “Bubble Wrap” 1957-ci ildə dəbli divar kağızı kimi təqdim olunmuşdu. Bu fikir uğursuz alınsa da, sonradan istixana və evlər üçün izolyasiya vasitəsi kimi tanıdıldı. Lakin məhsul yalnız “IBM” şirkətinin kompüter daşımalarında qoruyucu vasitə kimi istifadə etməyə başlaması ilə geniş uğur qazandı. Məşhur elektrik süpürgəsi ilə tanınan Ceyms Dayson isə 1979-cu ildə bu məhsulun 5127 prototipini hazırlayıb. 1995-ci ildə bütün iri istehsalçılardan imtina cavabı alsa da, sonda məhsul Böyük Britaniyada ən çox satılanlar sırasına daxil oldu. Belə nümunələr göstərir ki, uğursuz məhsullar da potensial daşıyır. Əgər məhsul və ya xidmətiniz uğursuzluğa uğrayıbsa, onu birdəfəlik silməyə tələsməyin. Yenidən bazara təqdim etməklə onu dirçəltmək mümkündür. Əgər biznes instinktlərinizə güvənirsinizsə, bu daha da vacib ola bilər. Bəs uğursuzluğu necə qabaqlamaq olar? Məhsulun və ya xidmətin niyə uğursuz olduğunu analiz edin Əgər məhsul niyə uğursuz olubsa, ondan dərs çıxarmaq mümkündürsə, bu, tam uğursuzluq deyil. Təhlil və məlumatların araşdırılması müştəri təcrübəsini digər məhsullarda yaxşılaşdırmaqda mühüm rol oynayır. “Kissmetrics”in “Uğursuz məhsul təqdimatından necə xilas olmaq olar” adlı təhlilində ilk addım məhsulun təqdimat göstəricilərini təhlil etməkdir. Əgər təhlil məhsulun hələ də potensiala malik olduğunu göstərirsə, növbəti mərhələ onun və ya marketinq strategiyasının yenilənməsidir. Bu isə daha çox təxəyyül, test və zəhmət tələb edir. Valyuta.az uğursuz məhsulu yenidən dirçəltməyin 17 yolunu təqdim edir: Məhsula ad verin – Ad məhsulu brendə çevirir və dəyər qazandırır. Məsələn, “Klein Tools”un “Cushion-Grip” tornavida dəsti sadəcə tornavidadan daha inandırıcı səslənir. Yeni ad seçin – Əgər məhsul əvvəllər adı ilə tanıdılıbsa, yeni adla bazara çıxmaq istehlakçı reaksiyasını dəyişə bilər. Yeni media kanalları ilə tanıdın – Sadəcə bir və ya iki kanal ilə məhdudlaşmaq əvəzinə, sosial media, radio, TV, tədbirlər, çap və rəqəmsal media kimi çoxsaylı kanallardan istifadə edin. Mesajlaşdırmanı dəyişin – Məhsulun həll etdiyi problemi aydın şəkildə çatdırmaq vacibdir. Müştərilərinizdən niyə bu məhsulu sevdiklərini soruşun. Satış strategiyasını yeniləyin – Satış müddətini uzadın, məhsul təqdimatını bir neçə şəxslə aparın, müştərinin “yox” demədiyi hallarda təslim olmayın. Məhsul haqqında hekayə danışın – Müştərinin maraqlarını və problemlərini araşdırıb məhsulun bu problemləri necə həll etdiyini hekayə formatında təqdim edin. Başqasına məhsulunuzu tanıtdırın – Hədəf bazarınıza xidmət göstərən, lakin rəqib olmayan tərəfdaşla ortaq təqdimat və ya məhsul mübadiləsi təşkil edin. Yeni satış kanalı yaradın – Əlavə distribyutorlar tapın və ya birbaşa satış modelinə keçin. Endirimli və ya pulsuz versiyalar təqdim edin – Geri dönüşlər məhsulu təkmilləşdirməyə və dəyərli rəylər toplamağa kömək edəcək. Yenidən məhsul təqdimatı edin – Həyəcan yaradın, təqdimat təhlilini aparın və daha yaxşı nəticə üçün strategiyanı yeniləyin. Hədəf auditoriyanın iştirak etdiyi tədbirlərdə çıxış edin – Yerli biznes tədbirləri və konfranslarda məhsulunuzu tanıdın. Məhsulunuzu əhatə edən tədbir təşkil edin – Məsələn, avtoservislər üçün məhsulunuz varsa, onların daha çox avtomobil təmiri etməsini öyrədən seminar keçirin. Fərqli bazar seqmentinə yönəlin – Məhsulun təklif etdiyi dəyəri fərqli auditoriyaya təqdim edin. Qiymət siyasətini dəyişin – Məhsulu hissələrə bölün və ya paket təklifləri ilə satış edin. Biznes məsləhətçisindən dəstək alın – Kənar perspektivlər çox vaxt yeni imkanlar və çıxış yolları göstərir. Məqsəd bazarın mədəniyyətini təhlil edin – Mədəni amillər məhsulun qəbul edilməsində ciddi rol oynayır. Qablaşdırmanı və vizual təqdimatı dəyişin – Yeni dizaynlarla məhsulun daha cəlbedici görünməsini təmin edin. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    “Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi
    Next Article
    Milyarder yatırımcı Steve Cohen: ABD’de resesyon ihtimali %45

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment