Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Məktəbli turları: Tarix, təbiət və masterklasslarla zəngin proqram

    2 hours ago

    Jet Travel şirkəti tərəfindən təşkil olunan məktəbli turları artıq açıq elan edilib. Finss.az xəbər verir ki, turlar əsasən 3-15 yaş uşaqlar üçün nəzərdə tutulub və yalnız qrup şəklində, ən azı 20 nəfərlə təşkil olunur. Bağça qrupları, məktəb sinifləri və valideynlər də iştirak edə bilər. Valideynlər üçün giriş biletləri qiymətə daxil deyil. Tura daxil olan xidmətlərə VIP nəqliyyat, bələdçi xidməti (Azərbaycan, Rus və İngilis dillərində), giriş biletləri (yalnız uşaqlar üçün), foto çəkiliş və musiqili oyunlar daxildir. Turların proqramında Muzey, Qoruq, Piknik, Tarixi Abidələr və müxtəlif masterklasslar mövcuddur. Gəzintilər zamanı iştirakçılar Gəmi Muzeyi, Zoologiya Muzeyi, Zoopark, Vulkan, Qobustan qayaları, Şirvanşahlar, Yanardağ, Suraxanı Atəşgah abidələri, Heydər Əliyev Mərkəzi və digər tarixi-mədəni məkanlarla tanış olacaqlar. Həmçinin pizza, dulusçuluq, fincan boyanması və digər maraqlı masterklasslar da keçiriləcək. Rayon turları variantları da mövcuddur: Quba-Qusar-Laza, Qarabağ turları, Lənkəran-Lerik, Astara-Sim, İsmayıllı və digər regionlar. Rayon turlarına fərdi şəkildə qoşulmaq mümkündür. Turlar 5 saat davam edir (gediş-dönüş daxil olmaqla) və avtobus məktəb və ya bağçadan yola düşüb yenidən həmin nöqtəyə qayıdır. Əlavə məlumat və qeydiyyat üçün (099) 763 13 33 nömrəsi ilə əlaqə saxlamaq olar. Qiymət 12 manatdır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Son dörd ildə FIFA-nın gəlirləri iki dəfə artıb
    Next Article
    Yaza damga vuracak 2 yeni şarkı müzik dünyasını sallayacak

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment