Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

    11 hours ago

    Mərkəzi Bank “Azəridmanservis” MMC-ni inzibati məsuliyyətə cəlb edib.  Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edib.  Aydın olub ki, şirkət 626 090,93 ABŞ dollarını xaricə köçürüb, 2 il müddət keçməsinə baxmayaraq, 450 776,94 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib və beləliklə, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.  İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.  “Azəridmanservis” MMC-nin nümayəndələri məhkəmədə bildiriblər ki, protokolda qeyd olunan qalıq qalan 450 776,94 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilib və valyuta vəsaiti geri qaytarılıb. Həmçinin məlum olub ki, şirkətin hesabından köçürülən avans ödənişi yük gömrük bəyannamələri ilə tam bəyan edilib. Bu baxımdan, hakim Hafiz Kamranov “Azərdmanservis” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verib. “Azəridmanservis” “TOPAZ” mərc oyunlarına nəzarəti həyata keçirir. Hüseyn
    Click here to Read more
    Prev Article
    3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO
    Next Article
    Marko Guduric: Her şeye hazır olmamız gerekiyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment