Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mərkəzi Bank ƏL/TMM sahəsində yeni qiymətləndirmə metodologiyasını təsdiqləyib

    11 hours ago

    Mərkəzi Bank tərəfindən ƏL/TMM sahəsində maliyyə institutlarında institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik təsdiqlənib Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik” təsdiqlənib. Finss.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Sözügedən sənədin əsas məqsədi, maliyyə institutlarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərin qiymətləndirilməsi prosesində istiqamət vermək və bu sahədə metodoloji biliklərin gücləndirilməsinə dəstək olmaqdır. Qeyd edilən metodoloji yanaşmalar yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır və risk qiymətləndirilməsinin həyata keçirilməsinə mümkün yanaşmanı ehtiva edir. Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə əsasən maliyyə institutları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməlidir. Həmçinin maliyyə institutları öz daxili qayda və prosedurlarına uyğun olaraq bu istiqamətdə risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. ”Metodoloji Rəhbərlik” mətni ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz: //uploads.cbar.az/assets/d290a5c47f251d932318feaec.pdf Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    İspaniyada elektrik kəsilməsi: İqtisadi zərər 1,6 mld. avroya yaxınlaşır
    Next Article
    “PAŞA Bank” lizinq və faktorinq sahəsində əməkdaşlıq, inkişaf imkanlarını müzakirə edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment