Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mərkəzi Bank “GL” ASC-ni və vəzifəli şəxsi 60 min manat cərimələdi

    1 day ago

    Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) lombard fəaliyyəti göstərən “GL” ASC və onun vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görüb. Tənzimləyici qurum tərəfindən aparılmış planlı tematik yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələri üzrə “GL” ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 000 manat və 10 000 manat məbləğində cərimələnib. Qeyd edək ki, “GL” ASC 2016-cı ildə təsis olunub və şirkətin yeganə səhmdarı 100% payla Quliyev Fərman Eldar oğludur. Bu qərar AMB-nin maliyyə bazarlarında şəffaflığın və qanunvericiliyə əməl olunmasının təmin olunması istiqamətində nəzarət tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir.
    Click here to Read more
    Prev Article
    “Meqa Sığorta”nın vəzifəli şəxsləri cərimələndi
    Next Article
    Kənd təsərrüfatı biznesinə 1%-4% komissiya ilə kredit imkanı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment