Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mərkəzi Bank lisenziyalaşdırmanı onlayn edəcək

    9 hours ago

    Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyalaşdırmanı elektron qaydada həyata keçirmək üçün xüsusi portal hazırlayıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib. Onun sözlərinə görə, portalın məqsədi kağız daşıyıcılardan istifadəyə son qoyulmasıdır. "Lisenziya almaq istəyən təşkilat sənədlərini portala yükləyəcək və AMB onları yoxlayacaq. Sənədlərdə hər hansı çatışmazlıq olduqda, yaxud onlar tam olmadıqda lisenziya üçün müraciət etmək mümkün olmayacaq. AMB və təşkilat arasında yazışmalar və təkmilləşdirmə işləri bu portal üzərindən yerinə yetiriləcək. Bu isə tam elektronlaşma deməkdir. Portalın istifadəyə verilməsi səmərəliliyi artıracaq və bazarın müsbət inkişaşfına təsir edəcək. Portalın ikitərəfi olacaq. Təşkilat üçün olan hissədə səlahiyyətli nümayəndə gücləndirilmiş elektron imza vasitəsi ilə sənədləri daxil edəcək. Bu, qanunvericiliyə uyğun olaraq yazılı imzaya bərabər olacaq. Hazırda bu proses yekunlaşmaq üzrədir və qısa zamanda onun real rejimdə istifadəsinə başlayacağıq", - deyə AMB rəsmisi qeyd edib. ©report
    Click here to Read more
    Prev Article
    “Paşa Holdinq”in Türkiyədəki törəmə bankı maliyyə gəlirlərini açıqladı
    Next Article
    SON DAKİKA! 2025 yılı yaş çay bedeli açıklandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment