Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Məşhur investor: İndi əmanətlərinizin böyük hissəsini nağd pulda saxlayın

    23 hours ago

    ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi ilə bağlı qeyri-müəyyənlik şəraitində əmanətlərinizin böyük hissəsini nağd pulda saxlamaq daha yaxşıdır. Hit.az xəbər verir ki, bunu “Mobius Capital Partners” şirkətinin təsisçisi Mark Mobius “Bloomberg” agentliyinə müsahibəsində deyib. "Bu nöqtədə nağd pul kraldır. Buna görə də fondlardakı pulumun 95%-i nağd şəkildə saxlanılır", deyə investor bildirib. Mobius təxminən 30 ildir ki, inkişaf etməkdə olan bazarlara sərmayə qoyur. Onun fikrincə, indiki şəraitdə Hindistan yaxşı nəticələr göstərə bilər, lakin vəziyyət düzələnə qədər gözləmək lazımdır. O, digər investorları ticarət danışıqlarını gözləməyə və onların növbəti 4-6 ay ərzində bazarlara təsirini qiymətləndirməyə çağırıb. Aprelin əvvəlində amerikalı jurnalist və yazıçı Timoti L.O`Brayen Donald Trampın ticarət siyasətindən əl çəkəcəyini və ya onun fəlakətli nəticələrini dərk edəcəyini gözləməməyə çağırıb. Onun fikrincə, Amerika lideri onu şəxsən incidən insanlardan və təşkilatlardan intiqam almaq istəyir. O'Brayen hesab edir ki, Trampın digər ölkələrlə ticarət müharibəsində əsas məqsədləri özünü yüksəltmək və özünü qorumaqdır. Eyni zamanda, jurnalistin fikrincə, Ağ Ev rəhbəri nəticənin necə olacağı ilə qətiyyən maraqlanmır. Jurnalist qeyd edib ki, dünyada birjaların çökdüyü və ABŞ-ın tənəzzül proqnozlaşdırdığı bir vaxtda Tramp qolf oynamağın yolları haqqında video yayımlayır. Samir
    Click here to Read more
    Prev Article
    Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi - VİDEO
    Next Article
    Cəmiyyət aqressiyasını tökməyə yer axtarır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment