Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Meta"nın gizli süni intellekt təcrübəsi - Məhkəmə mübahisələrə səbəb oldu

    6 hours ago

    Süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda bu sistemlərin hansı üsullarla qurulduğu və hansı məlumatlarla öyrədildiyi müzakirə mövzusuna çevrilib.  Valyuta.az xəbər verir ki, "Meta" şirkətinə qarşı ABŞ-da qaldırılan “Llama” adlı dil modeli ilə bağlı məhkəmə işində isə şirkətin tətbiq etdiyi mübahisəli “ablyasiya” (texnikada bərk cismin səthindən qaz axını vasitəsilə maddə kütləsinin götürülüb-aparılmasıdır, atmosferdə metroitlərin, raket, kosmik aparatların (cihazların) böyük sürətlə hərəkəti zamanı müşahidə olunur) texnikaları və qeyri-qanuni məzmunlardan istifadə halları üzə çıxıb. Süni intellektin gündəlik həyatdan iş mühitinədək bir çox sahədə təsiri artırdığı bir dövrdə bu texnologiyaların necə formalaşdığı, hansı məlumatlarla öyrədildiyi və bu məlumatların kimlərə aid olduğu getdikcə daha çox sorğulanır. Şirkətlər rəqabət üstünlüyü əldə etmək üçün istifadə etdikləri məlumat mənbələrini gizli saxlayarkən, məzmun yaradıcıları və hüquqşünaslar bu texnologiyaların arxasında dayanan yaradıcı əməyin görməzdən gəlinib-gəlinmədiyini gündəmə gətirir. İnkişaf etmiş dil modelləri romanlardan tutmuş elmi əsərlərə qədər geniş məzmun bazasından istifadə edərək insanabənzər cavablar yaradır. Bu isə müəllif hüquqları, etik prinsiplər, şəffaflıq və ədalətli təzminat kimi məsələlərin yenidən diqqət mərkəzinə çıxmasına səbəb olur. Bu müzakirələrin mərkəzində isə “Meta” şirkətinin “Llama” adlı böyük dil modelinə dair gizli saxlanılan bəzi eksperimental araşdırmaları işıqlandıran diqqətçəkici bir məhkəmə işi dayanır. Məhkəmə sənədləri, “Meta”nın Llama modellərinin öyrədilməsində istifadə etdiyi “ablyasiya” texnikalarını və pirat məzmunların süni intellektin effektivliyinə təsirini ortaya qoyur. ABŞ-da davam edən "Kadrey v. Meta" işində açıqlanan sənədlər, “Meta”nın Llama süni intellekt modellərini təkmilləşdirmək üçün “ablyasiya” adlandırılan eksperimentlər apardığını göstərir. Ablasiya, süni intellekt tədqiqatlarında bir sistemin müəyyən komponentlərini çıxararaq bu komponentlərin modelin performansına təsirini ölçməyə yönəlmiş analiz üsuludur. Bu çərçivədə “Meta”, bəzi təlim məlumatlarını bilərəkdən çıxararaq onların əvəzinə “LibGen” adlı qeyri-qanuni kitab arxivindən əldə edilmiş məzmunları əlavə edib. İki fərqli təcrübə aparılıb: birincisində elm, texnologiya və fantastika kitabları, ikincisində isə yalnız fantastik ədəbiyyat istifadə olunub. Hər iki ssenaridə performansda əhəmiyyətli artım müşahidə olunub “Meta”nın daxili sənədlərinə əsasən, hər iki halda "Llama" modellərinin performansı nəzərəçarpacaq dərəcədə yüksəlib. Məsələn, süni intellektin informasiya və məntiq bacarıqlarını ölçən "BooIQ" testində elmi və fantastik məzmun əlavə edildikdə performans 4,5%, yalnız fantastik məzmun əlavə edildikdə isə 6% artım qeydə alınıb. Digər bir test olan SIQA müqayisəsində bu artım 5,5%-ə çatıb. Prinston Universitetindən Piter Henderson bu nəticələri əks etdirən qrafikləri sosial mediada paylaşaraq diqqət çəkib. Süni intellekt üzrə tədqiqatçı Nik Vinsent isə bu nəticələrin “Meta”nın təlim məlumatlarına dəyər təyin edə bildiyini və hansı məzmunun performans baxımından nə qədər önəmli olduğunu müəyyənləşdirdiyini göstərdiyini deyib. Vinsent bildirib: “Bu cür nəticələrin ictimaiyyətlə paylaşılması, məzmun yaradıcılarının hüquq iddialarını gündəmə gətirə bilər”. Müəllif hüquqları ilə bağlı məhkəmə işləri daha mürəkkəb ola bilər “Meta” bu təcrübələrin nəticələrini rəsmi şəkildə açıqlamasa da, daxili sənədlərdə təlim məlumatlarının modelin uğuruna təsirinin açıq şəkildə ölçüldüyü görünür. Bu isə texnologiya nəhənglərinin üzləşdiyi müəllif hüquqları ilə bağlı məhkəmə proseslərini daha da çətinləşdirə bilər. Çünki şirkətlərin süni intellekt sistemlərini öyrətmək üçün istifadə etdikləri məzmunlara dəyər təyin etməsi, həmin məzmunların sahiblərinin təzminat tələbi irəli sürməsinə səbəb ola bilər. Vinsent bu barədə belə deyib: “Bu cür dəyər təxminlərinin yayımlanması müəllif hüquqları ilə bağlı məhkəmə işlərində böyük texnologiya şirkətlərinin müdafiə arqumentlərini zəiflədə bilər”. “Meta”nın sözçüsü isə məsələyə dair verdiyi açıqlamada bildirib: “Llama" modelləri fərdlərin və şirkətlərin daha yenilikçi və yaradıcı olmasına kömək edir. Özümüzü güclü şəkildə müdafiə etməyə və məhsuldar süni intellektin inkişafını bütün insanlığın xeyrinə qorumağa davam edəcəyik”. Təlim məlumatlarında gizlilik tendensiyası "Ablyasiya" təcrübələrinin gizli saxlanması, texnologiya sektorunda son illərdə müşahidə olunan daha geniş bir tendensiyanın tərkib hissəsidir. 2017-ci ildə “Google” süni intellekt inqilabına səbəb olan tədqiqatında istifadə etdiyi məlumatları ətraflı şəkildə açıqladığı halda, bu gün şirkətlər bu məlumatları ictimaiyyətlə bölüşməkdən çəkinirlər. Məsələn, “Meta” bu ilin aprelində təqdim etdiyi "Llama 4" modeli üçün yayımladığı model sənədində yalnız ümumi məlumat mənbələrindən bəhs edib; "ablyasiya" təcrübələri və ya istifadə olunan kitab məzmunları barədə heç bir məlumat verilməyib. “İki dəfə ödəniş edilməlidir” “ProRata” adlı məzmun təzminatı təşəbbüsünün baş direktoru Bill Qross “Meta” kimi şirkətlərin məlumat mənbələrini açıqlamamasının məyusedici olduğunu bildirib. O, məzmun yaradıcılarına iki dəfə ödəniş edilməli olduğunu iddia edir: “İlk olaraq, məzmun modelləri öyrətmək üçün istifadə edildikdə, ikinci olaraq isə model həmin məzmundan bir suala cavab verərkən”. Qrossa görə, yüzdə 5 kimi kiçik görünən performans artımları belə süni intellekt sahəsində böyük əhəmiyyət daşıyır: “Süni intellektdə hər xal vacibdir. Bu qədər böyük fərq yaratmaq asan deyil”. “Meta” 2021-ci ildə “Facebook”un yenidən brend olunması ilə ortaya çıxan texnologiya şirkətidir. Qurucusu Mark Zukerberq şirkətin adını “Meta” olaraq dəyişdirmə qərarını virtual dünya və artırılmış reallıq kimi yeni texnologiyalara yönəlmə vizionu ilə əlaqələndirib. “Meta”, “Facebook”, “Instagram” və “WhatsApp” kimi məşhur sosial media platformalarını özündə birləşdirir. Şirkət, istifadəçilərinə daha qarşılıqlı və inteqrasiya olunmuş rəqəmsal təcrübə təqdim etməyi hədəfləyir və “Metaverse” (virtual kainat) konseptinə böyük sərmayələr yatırır. Bu sahə istifadəçilərin virtual mühitlərdə qarşılıqlı əlaqədə ola biləcəyi, oyun oynaya və sosial tədbirlərdə iştirak edə biləcəyi bir dünya olaraq tanınır. Eyni zamanda “Meta”, süni intellekt araşdırmalarına və inkişafına da xüsusi önəm verir. Bu çərçivədə “Llama” kimi güclü dil modelləri üzərində çalışaraq təbii dil işləmə və süni intellekt tətbiqlərində lider olmağı hədəfləyir. Lakin şirkətin məlumat istifadəsi və gizlilik siyasətləri zaman-zaman tənqidlərin hədəfinə çevrilir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Silinən zolağa görə sürücülərə 100 manat cərimə yazılır: məsuliyyət kimdədir? - AÇIQLAMA
    Next Article
    Josef de Souza'dan derbi değerlendirmesi: 'Böyle maçlarda reaksiyon gösteriyor'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment