Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR:Bundan sonra ödənişlər…

    4 days ago

    Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac olmadan, birbaşa bank kartı ilə ödəniş edə bilirlər. Azərbaycanda da vaxtaşarı bu məsələ müzakirə edilir. Vətəndaşlar ictimai nəqliyyat vasitələrində gedişhaqqı üçün bank kartlarından nə zaman istifadə edə biləcəklər? Valyuta.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bunun mümkün olduğunu deyib: "Azərbaycanda bank sistemi buna hazırdır və texnologiya da mövcuddur. Sadəcə, müvafiq qurumlar - "Bakı Metropoliteni" QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı tənzimləmə işləri aparmalıdırlar. Azərbaycan Dəmir Yollarında (ADY) ödəniş plastik kartlarla həyata keçirilir. Onlar reallaşdıra biliblərsə, deməli, ölkənin maliyyə sistemi buna imkan verir. Bir az investisiya qoymaq lazımdır". Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu üsul həm daşıyıcılara, həm də sərnişinlərə sərf edir: "Artıq bu istiqamətdə müvafiq tədbirlər görülür. AYNA tərəfindən bank kartları ilə ödənişə imkan verən sistem üzərində iş aparılır. Yəqin ki, yaxın vaxtlarda tətbiq ediləcək. Nağd ödənişlərin maksimum məhdudlaşdırılması istiqamətində addımlar atılır".
    Click here to Read more
    Prev Article
    “Ana təbiət” sərgisinin Romada təqdimatı keçirilib
    Next Article
    Çağdaş Atan'dan hakem tepkisi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment