Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Microsoft" "Windows" parametrlərini dəyişə bilən süni intellekt təqdim edəcək

    13 hours ago

    "Microsoft" şirkəti "Windows 11" üçün genişmiqyaslı yeniləmə hazırlayır. Bu yeniləmə bir sıra süni intellekt funksiyalarını əhatə edəcək və onların əsasını parametrlər tətbiqində yerləşdirilən yeni intellektual köməkçi təşkil edəcək. Valyuta.az "Qaynarinfo" ya istinadən xəbər verir ki, söhbət sadəcə söhbət botundan deyil, istifadəçinin istəyi ilə sistem parametrlərini müstəqil şəkildə tənzimləyə bilən tam funksiyalı agentdən gedir. Bu süni intellekt, məsələn, siçanın həssaslığını və ya mətn ölçüsünü səsli komanda ilə dəyişməyə imkan verəcək. Yeni köməkçi parametrlər pəncərəsinin yuxarı panelinə yerləşdiriləcək və yalnız suallara cavab verməklə kifayətlənməyəcək, həm də konkret əməliyyatlar təklif edəcək. İstifadəçi razılıq verdiyi halda dəyişiklikləri avtomatik tətbiq etmək imkanı da olacaq. Əvvəlcə bu funksiya yalnız ARM çipləri ilə təchiz olunmuş cihazlarda "Windows Insider" iştirakçıları üçün əlçatan olacaq. Lakin yaxın vaxtlarda bu yeniliyin adi x86 sistemləri üçün də istifadəyə veriləcəyi gözlənilir. Tam reliz tarixi isə hələlik açıqlanmayıb. Bununla yanaşı, "Microsoft" "Windows 11"də digər funksiyaları da yeniləyir. Məsələn, "Foto" tətbiqinə süni intellektlə idarə olunan dinamik işıqlandırma əlavə olunacaq. Bu xüsusiyyət üç virtual işıq mənbəyi vasitəsilə fotoların daha çevik redaktəsini mümkün edəcək. "Snipping Tool" alətinə isə ağıllı kəsim, mətn tanıma və dəqiq rəng seçimi üçün pipetka funksiyaları əlavə olunacaq. "File Explorer" (Fayl meneceri) də daha ağıllı olacaq: istifadəçi sadəcə sağ düymə ilə klikləməklə video faylın qısa xülasəsini və ya sənədin sadələşdirilmiş məzmununu əldə edə biləcək. Qeyd edək ki, daha əvvəl "Microsoft" bəzi istifadəçiləri zorla yeni "Windows" versiyasına keçirməyə başladığı barədə məlumatlar yayılmışdı. Bu proses yalnız müvəqqəti olaraq təxirə salına bilər.
    Click here to Read more
    Prev Article
    Bakıda güclü yanğın başlayıb
    Next Article
    To Lam: Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment