Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mikromaliyyələşdirmə təşkilatları üçün yeni kredit imkanları

    12 hours ago

    "PAŞA Bank" ASC mikro-maliyyələşdirmə sahəsində fəaliyyət göstərən təşkilatlar üçün kredit proqramına start verib. Proqram ölkədə sahibkarlığın davamlı inkişafına və əhalinin sosial rifahının yüksəldilməsinə dəstək məqsədi daşıyır. Finss.az xəbər verir ki, yeni kredit proqramından Bank Olmayan Kredit Təşkilatları, Kredit İttifaqları və Lizinq Şirkətləri yararlana bilərlər. Proqram çərçivəsində bu qurumların maliyyə imkanlarının genişləndirilməsi və müştərilərin maliyyələşdirilməsi nəzərdə tutulur. Kreditə müraciət edən təşkilatlardan ən azı iki il üzrə beynəlxalq standartlara uyğun audit olunmuş maliyyə hesabatlarının təqdim olunması tələb olunur. Audit rəyi nüfuzlu audit şirkəti tərəfindən verilməlidir. Son üç il ərzində maliyyə öhdəlikləri üzrə gecikmə halının baş verməməsi və təşkilatın ümumi kapitalının aktivlərə nisbətinin 25%-dən az olmaması əsas tələblərdəndir. Eyni zamanda, PAŞA Banka qarşı olan öhdəliklərin ümumi məbləği 2 milyon manatı və ya təşkilatın kapitalının iki mislini keçməməlidir. Kredit proqramı çərçivəsində təqdim olunan layihələr arasında davamlı inkişaf məqsədlərinə uyğun təşəbbüslərə üstünlük verilir. Bu layihələrə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi, yerli istehsal və kiçik sahibkarlığın inkişafı ilə bağlı təşəbbüslər daxildir. Həmçinin yerli bələdiyyələrin icra etdiyi sosial və ekoloji layihələr də prioritet hesab olunur. Ətraflı məlumat üçün keçid: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,387/lang,az/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Nvidia Çində yeni Sİ çipi tədarük edəcə
    Next Article
    Yanvar-mart: Əməkhaqqı və gəlirlər artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment