Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Milyarder Trampın ticarət siyasətini tənqid etdi

    1 hour ago

    “Forbes” jurnalının versiyasına görə planetin ən zəngin beş adamı (sərvəti 168,2 milyard dollar) arasında yer alan "Berkshire Hathaway" şirkətinin baş direktoru Uorren Baffett ABŞ Prezidenti Donald Trampın ticarət siyasətini tənqid edib. Valyuta.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. "Ticarət silahla olmamalıdır. Düşünürəm ki, dünyanın qalan hissəsi nə qədər çiçəklənsə, bir o qədər firavan olacağıq, özümüzü və uşaqlarımızı o qədər təhlükəsiz hiss edəcəyik", - milyarder holdinqinin investorları ilə görüşündə deyil". Milyarder investorların diqqətini ona cəlb edib ki, proteksionist siyasət uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər: "Biz ABŞ-də dünyanın qalan hissəsi ilə ticarət etməyə çalışmalıyıq". Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 10 %-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan sonra ABŞ lideri bir sıra ölkələr və ərazilərdə qarşılıqlı əsasda tətbiq olunan əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev-dən bildirilib ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində 10 %-lik universal tarif qüvvədə olacaq. Eyni zamanda ABŞ lideri Çin məhsullarına rüsumları 125 %-ə qaldırıb. Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi iddiası ilə daha əvvəl də 20 % tarif tətbiq edilmişdi. ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi ümumi tariflər hazırda 145 %-ə çatır.
    Click here to Read more
    Prev Article
    Eğer Bu Söylenti Doğruysa iPhone 18 Pro İlginç Bir Tasarım Tercihiyle Gelebilir
    Next Article
    Derbi öncesi konuştu: Jose Mourinho'dan Allan Saint-Maximin açıklaması!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment