Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Misirdə 2000 illik qədim hərbi qala tapıldı - FOTO

    2 hours ago

    Sinay səhrasında arxeoloqlar Tell Abu Saifi ərazisində qədim Misir hərbi qalası aşkar ediblər.  HİT.az "Interesting Engineering"ə istinadən xəbər verir ki, Ptolemey dövrünə aid istehkamlar üzərində tədqiqatlar aparılır. Bildirilir ki, Abu Saifi Misirin şərq sərhədində əsas müdafiə nöqtəsi olub və strateji hərbi və sənaye mərkəzi kimi xidmət edib. Arxeoloqlar nəhəng istehkam hissələrini, yaşayış kazarmalarını, gəmiqayırma zavodlarının qalıqlarını və dərinliyi iki metrdən çox olan müdafiə xəndəyini tapıblar. Qalanın şərq darvazasını mərkəzi ilə birləşdirən, uzunluğu 800 metrdən çox olan asfaltlanmış Roma yolunun hissəsi də aşkar edilib. Əhəmiyyətli tapıntılardan biri dörd böyük əhəng sobasının olmasıdır. Misir hakimiyyət orqanlarının açıqlamalarına görə, kəşf Qədim Misirin şərq sərhədlərinin müdafiə sistemini daha dəqiq təsəvvür etməyə kömək edir və müxtəlif tarixi dövrlərdə - I Ptolemeyin dövründən (e.ə. 305-ci il) ərəblərin Misiri işğalına qədər Tell Əbu Saifinin əhəmiyyətini vurğulayır. Bu strateji yerdə yerləşən hərbi qüvvələrə Makedoniyalı İsgəndərin özü komandanlıq etdiyi bildirilir. Xatırladaq ki, bundan əvvəl Misirdə daha bir mühüm tapıntı barədə məlumat verilmişdi. Alimlər Tutanxamon dövründən hərbçilər tərəfindən istifadə edilmiş ola biləcək irimiqyaslı yaşayış məntəqəsi aşkar ediblər. Samir
    Click here to Read more
    Prev Article
    Polşa bu ölkə prezidentini ərazisinə buraxmayacaq
    Next Article
    “Microsoft” idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində iş yerlərinin 3%-ni ixtisar edəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment