Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib

    43 minutes from now

    Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib. Valyuta.az "APA "ya istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib. Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib. Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib. Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib.
    Click here to Read more
    Prev Article
    ‘Sırrı Süreyya’nın ruhuna…’ Özgür Özel’den Fatiha yerine alkış
    Next Article
    Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment