Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Moskva və Kiyev nə üçün İstanbulu seçdi? - RƏY

    7 hours ago

    "Bir sıra məqamlara görə Rusiya ilə Ukrayna arasındakı danışıqlarının Türkiyədə aparılmasına üstünlük verilir".    Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bundan əvvəl ABŞ ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı görüş Səudiyyə Ərəbistanında keçirilib: "Bir neçə görüş keçirdikdən sonra artıq tərəflərin birbaşa görüşlərinin təşkil olunması üçün İstanbul şəhəri seçilib. Bir neçə səbəb bu qərara təsir edib. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ən ciddi və yüksək səviyyəli görüşlər məhz Türkiyədə baş tutub.  Lakin daha sonra Avropa dövlətləri və Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olan qüvvələr bu prosesi pozdular. Ona görə də danışıqlar nəticəsiz qaldı. Yenidən görüşlərin Türkiyədə keçirilməsi məhz belə bir təcrübənin olması amili ilə də bağlıdır".  Ekspert qeyd edib ki, Avropa, ümumiyyətlə xristian dünyası iki cəbhəyə bölünüb: "Bəziləri Rusiyanı, bəziləri isə Ukraynanı dəstəkləyir. Düşünürəm ki, bu amili də nəzərə alan ABŞ neytral mövqe tutan və tərəflərdən birini müdafiə etməyən dövlət olaraq Türkiyəni seçdi. Eyni zamanda, Donald Tramp administrasiyası Türkiyəyə etibar edir və etimad göstərir.  Qardaş ölkə hazırkı mərhələdə Yaxın Şərqdə Vaşinqton üçün hətta İsraildən belə daha yaxın müttəfiqə çevrilib. Ağ Ev Ankara vasitəsilə Yaxın Şərqin yenidən dizayn edilməsinə çalışır. Suriyada baş verən proseslər və digər məsələlər onun nəticəsidir. Bütün bu məqamlar Türkiyəni danışıqlar platforması kimi önə çəkir".  Xəyal Bəşirov onu da vurğulayıb ki, Moskva və Kiyev də Ankaraya etibar edir: "Vaşinqton Kiyevlə nadir torpaq metalları haqqında sazişi imzaladıqdan sonra Rusiya-Ukrayna müharibəsinin davam etməsində birmənalı olaraq maraqlı deyil. Bu səbəbdən də tərəflər arasındakı danışıqlar prosesini sürətləndirmək niyyətindədir.  Dövlət başçıları səviyyəsində görüş baş tutmasa da, artıq Rusiya ilə Ukrayna arasında birbaşa görüşlərin keçirilməsi ciddi uğur hesab oluna bilər. Hesab edirəm ki, gələcəkdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması baxımından Türkiyədə aparılacaq danışıqlar ciddi nəticələr verə bilər". Pərviz
    Click here to Read more
    Prev Article
    İran nüvə silahından imtina etməyə hazırdır - Bu şərtlə
    Next Article
    Tikinti bahalaşıb, qiymətlər artıb: Bakıda mənzil bazarını formalaşdıran 5 əsas səbəb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment