Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Mütəllim Rəhimli Ədalət Partiyasının sədri seçildi

    9 hours ago

    Mayın 17-də Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayı keçirilib. HİT.az xəbər verir ki, qurultayda seçkili orqanların hesabatları dinlənilib, partiyasının yeni sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin üzvlərinin 1/3-i seçilib. Qurultayın qərarı ilə bundan sonra partiyaya Mütəllim Rəhimli rəhbərlik edəcək. Həmçinin partiyanın 56 rayon təşkilatının 54-nün qurultaya nümayəndələri seçilib və protokoldan çıxarışları təqdim olunub. Qeyd edək ki, bu, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra ilk qurultayıdır. Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb. Nəticədə Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.
    Click here to Read more
    Prev Article
    "İran nüvə nailiyyətlərindən əl çəkməyəcək" - Pezeşkian
    Next Article
    Elgünün ölümündən əvvəl görüntüləri yayıldı – VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment