Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nadir mavi brilyant hərracda 21,5 milyon dollara satıldı

    2 hours ago

    İsveçrənin Cenevrə şəhərindəki "Sotheby's" hərracında son dərəcə nadir mavi brilyant 21,5 milyon dollara satılıb. Valyuta.az xəbər verir ki, bu barədə "France24" məlumat yayıb. 10,3 karatlıq və 20 milyon dollar dəyərində təxmin edilən fantastik parlaq mavi almaz hərracda "canlı mübarizəyə" səbəb olub. "Sotheby's" hərracın 9 milyon İsveçrə frankı (10,8 milyon dollar) dəyərində başladığını bildirib. Nadir qiymətli daş sonda 17,9 milyon franka (21,5 milyon ABŞ dolları) satılıb. Bu yaxınlarda Cənubi Afrikadakı əfsanəvi Cullinan mədənlərində hasil edilən almazın alıcısı özəl amerikalı kolleksiyaçı olub. Onun adı açıqlanmır. Qeyd olunur ki, Cenevrədəki hərracdan əvvəl almaz ötən ay Əbu-Dabidəki "Sotheby's" hərracında nümayiş etdirilib. Orada o, ümumi dəyəri 100 milyon ABŞ dollarından çox olan yeddi qeyri-adi almaz və qiymətli daşla birlikdə təqdim edilib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Bu il ən çox satılan planşet markaları - CƏDVƏL
    Next Article
    Yayılan VİDEOsundan danışdı: "Təzyiqim qalxdı, təcili yardım gəldi"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment