Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nağdsız ödənişlərdə gecikən geri qaytarmalar – Problem banklarda, yoxsa qanundadır?

    22 hours ago

    Son dövrlər nağdsız ödənişlərin geniş yayılması müştərilər üçün rahatlıq və şəffaflıq təmin etsə də, bəzi hallarda istehlakçılar müxtəlif texniki və hüquqi boşluqlardan yaranan problemlərlə qarşılaşır. Xüsusilə aldığımız məhsulun geri qaytarılması baş verərkən, edilən ödənişin müştərinin balansına ən azı 3-5, ən çoxu isə 10-15  iş günü sonra köçürülməsi narazılıqlara səbəb olur. Bu gecikmə isə müxtəlif səbəblərlə əlaqələndirilir. Bildirilir ki, bu səbəblərin arasında bank sisteminin texnoloji problemlərindən tutmuş, müvafiq hüquqi tənzimləmələrin çatışmazlığına qədər ola bilər. Bəs qanunvericilik nə deyir? Mövzu ilə bağlı Valyuta.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə görə banklar tərəfindən ödəniş tapşırıqlarının icrası bir gün ərzində həyata keçirilməlidir. Ancaq qanun həm də onu deyir ki, bağlanan müqavilələrdə tərəflər başqa müddətləri də qeyd edə bilər:  “Lakin burda başqa məsələ var. Biz mağazaya ödəniş ediriksə, bu hələ o demək deyil ki, həmin vəsait elə anındaca mağazanın işlədiyi bankdakı hesabına oturur. Onlayn ödəniş zamanı xidmətlərindən istifadə etdiyimiz banka tapşırırıq ki, ödənişi həyata keçir. Bu ödəniş isə digər hesaba bir iş günündə keçəcək, bu biri bankda mağazanın hesabına bir iş gününə oturdacaq. Burda proseslərin icrası üçün ən azı iki-üç gün vaxt gedəcək. Qaytarılma olanda da eyni proseslər həyata keçirilir”.  “Bəzən bu müddətin 10-15 iş gününə qədər uzanmasının səbəbi nədir” sualına cavab olaraq ekspert bildirib ki, qaytarılan məhsulun dəyərinin bu müddət ərzində müştərinin kartına geri qaytarılmasının səbəbləri fərqli ola bilər: “Bu o deməkdir ki, ya mağaza öz bankına göstərişi gec verir, ya da mağaza ilə bank arasında bağlanan müqavilədə bu müddət fərqli qeyd olunub. Belə proseslərdə isə bir bank yox, iki bank iştirak edir. Vətəndaşın kartını istifadə etdiyi bank və mağazanın əməkdaşlıq etdiyi bank. Ona görə də burda proseslər fərqli icra oluna bilər”. Günay
    Click here to Read more
    Prev Article
    "Surmann Group"un külli miqdarda vergi borcu var
    Next Article
    Ot bahalaşdı, bəs ət?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment