Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi

    11 minutes ago

    Finss.az - “Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda çıxış edərək mobil operatorun universitetlərlə yaratdığı faydalı əməkdaşlıqdan bəhs edib. Q.Pankenin sözlərinə görə, texnoloji yeniliklərin istehsalatda geniş tətbiqi və digər sahələrə nüfuz etməsi üçün uzun müddət və böyük investisiya tələb olunur. Bu baxımdan, biznesin  təhsil ocaqları ilə əməkdaşlığı çox vacibdir.   “Şirkətimizin ATU ilə əməkdaşlığı çərçivəsində təhsilə ayırdığı sərmayə ümumilikdə Azərbaycanın telekommunikasiya sahəsinin gələcəyinə yatırım kimi qiymətləndiririk. “Nar” olaraq,  əsas məqsədimiz bugünkü tələbələri sabahın aparıcı mütəxəssisləri kimi yetişdirməkdir”, – deyə Q.Panke bildirib. Qeyd edək ki, “Nar”ın təhsilə yönəlik korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin əməkdaşları yerli universitetlərin tələbələri üçün davamlı olaraq nəzəri və praktiki təlimlər keçir. Mobil operatorun ali təhsil ocaqları ilə geniş əhatəli əməkdaşlığı şirkətin akademik biliklə sənaye ehtiyacları arasında körpü yaratmaq məqsədini əks etdirir. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Xalq artistinə Heydər Əliyev Mükafatı verildi
    Next Article
    Meta süni intellektlə reklam sənayesini avtomatlaşdırmağa hazırdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment