Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    NATO-nun keçmiş baş katibi Rusiyanı Arktikada saxlamağa çağırır

    13 hours ago

    "NATO Rusiyanı çəkindirmək üçün Arktikada daha ciddi rol oynamalıdır".  HİT.az xəbər verir ki, bunu alyansın keçmiş baş katibi Anders Foq Rasmussen deyib. Onun sözlərinə görə, Rusiya Arktika bölgəsində yenidən silahlanır, həmçinin hava bazaları və digər hərbi obyektlər açır: "Biz buna ciddi yanaşmalıyıq. Onların regionda ərazi ambisiyaları açıq şəkildə var. Buna cavab olaraq NATO Arktika strategiyasını hazırlamalı və daha güclü rol oynamalıdır". Onun sözlərinə görə, NATO üzvləri regionda Rusiya sualtı qayıqlarını aşkar etmək üçün müşahidə imkanlarını gücləndirməyə diqqət yetirməlidirlər. Rasmussen Rusiyanın müdafiə investisiyalarını ciddi problem adlandırıb və Avropanı bu sahədə məqsədyönlü xərcləri ÜDM-in 5 faizinə çatdırmağa çağırıb: "Rusiyada müdafiəyə investisiyalar indi Avropanın qalan hissəsində müdafiəyə qoyulan ümumi investisiyaları üstələyir. Bu, ciddi problemdir. Əgər biz Putini cilovlamaq istəyiriksə, ondan daha çox sərmayə qoymalı olacağıq". Samir
    Click here to Read more
    Prev Article
    Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
    Next Article
    "Turqay-O" şirkətinin 50 min manat vergi borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment