Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı

    8 hours ago

    Sabiq deputat, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərlinin (İmanov) oğlu Araz İmanov  “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyində Baş katibi vəzifəsində işə başlayıb. Araz İmanov ötən həftə keçirlən “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusundakı müzakirələrdə İctimai Birliyin Baş katibi qismində çıxış edib. “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi özündə "Rahat market", "Bazarstore", "Al market", "Grandmart", "Bolmart", "Megastore", "Araz market", "Spar", "Oba", "Rossman", "Neptun market" və "Bravo" kimi iri ticarət şəbəkələrini birləşdirir. Qeyd edək ki, Nazim İmanovun  2 oğlu var. Sabiq deputatın böyük oğlu Araz İmanov eks-diplomatdır. Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasının bakalavr pilləsini bitirib. Daha sonra Londonda magstr təhsili alıb. Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb. 20 ilə yaxın müddətdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində diplomatik fəaliyyət göstərib. A.İmanov idman, musiqi, atçılıqa məşğuldur.  Öz çevrəsində həm də yaxşı musiqiçi kimi tanınır.  ©modern.az
    Click here to Read more
    Prev Article
    Samsung, Dünyanın İlk 500Hz OLED Oyuncu Monitörünü Duyurdu
    Next Article
    DTX onları Bakıya gətirdi - Məhkəmə keçirilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment