Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nazir Londonda EBRD tədbirində çıxış etdi

    2 days ago

    Finss.az - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Londonda keçirilən İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. Nazir bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib. Onun sözlərinə görə, sessiyada qlobal çağırışlar fonunda iqtisadi resursların daha səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyən infrastrukturun qurulması, rəqəmsal transformasiya və müasir biznes həllərinə investisiyalar kimi aktual mövzular müzakirə olunub. "İqtisadi inkişaf və sosial rifah baxımından sənaye siyasətinin düzgün qurulması və qabaqcıl təcrübələrin öyrənilməsi tədbirin əsas vurğuları arasında idi", – Mikayıl Cabbarov qeyd edib. Qeyd edək ki, EBRD-nin builki toplantısı 13–15 may tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda keçirilir. Növbəti İllik Toplantının 2026-cı il 5–7 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçirilməsi planlaşdırılır.
    Click here to Read more
    Prev Article
    Pakistan Azərbaycana təşəkkürünü fləşmobla ifadə etdi – FOTO
    Next Article
    Rusiya fond bazarında geriləyib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment