Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nazirlikdən bələdiyyələrin əmlakı barədə vacib AÇIQLAMA

    4 hours ago

    Azərbaycanda bələdiyyələrə məxsus əmlakın qiymətləndirilməsi prosesi uzun müddətdir ictimai və ekspert dairələrinin diqqət mərkəzindədir. Son aylarda bu sahədə aparılan qiymətləndirmələrlə bağlı narazılıqlar səsləndirilib. Əsas tənqidlər qiymətləndirmənin real bazar dəyərini əks etdirmədiyi və hansı meyarlara əsaslandığının aydın olmadığı ilə bağlıdır. Ən çox müzakirə doğuran məsələlərdən biri də bu qiymətləndirmələrin hansı şirkətlər tərəfindən və hansı əsaslarla aparılmasıdır. Bəzi hallarda bu işlərin tender keçirilmədən həyata keçirildiyi, yaxud da prosesdə iştirak edən şirkətlərin peşəkarlıq səviyyəsinin qeyri-müəyyən olduğu iddia olunur. Şirkətlərin necə seçildiyi də məlum deyil. Valyuta.az xəbər verir ki, "Modern.az" məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qiymətləndirməni aparan şirkətlərin dövlətə məxsus olması şərt deyil. "Belə ki, qiymətləndirməni özəl şirkətlər də həyata keçirə bilər", - Nazirlikdən verilən açıqlamada deyilir. Məlumatda qeyd olunub ki, qanunda dəyişiklik olunduğu üçün Qanunun tələbi barədə bələdiyyələrin məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilib.
    Click here to Read more
    Prev Article
    Başkan Erdoğan'dan flaş sözler! -CANLI-
    Next Article
    Xabi Alonso, Leverkusen'den ayrılacağını açıkladı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment