Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nazirliyin keçmiş baş mühasibi həbsdə vəfat etdi

    1 day ago

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb. Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə müəssisəsində qeydə alınıb.  Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Mustafayev Rauf Abış oğlu vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub.  İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş. Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib.
    Click here to Read more
    Prev Article
    Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
    Next Article
    Azərbaycanlı tələbələrin 237 min 489 manat investisiya alan startapları - Müsahibə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment