Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Neftçi" ötən ili 120 min manat zərərlə başa vurub

    1 day ago

    "Neftçi Futbol Klubu” MMC 2024-cü ili 120 min manat zərərlə başa vurub.   "Report” klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 29,3 dəfə azdır.   Ötən il "Neftçi Futbol Klubu” əvvəlki illə müqayisədə 41 % çox - 28,25 milyon manat gəlir əldə edib. Bunun 3,385 milyon manatı sponsorlardan daxilolmalardan (5 dəfə az), 99 min manatı bilet satışından (24,4 % az), 22,456 milyon manatı sair gəlirlərindən (43,1 dəfə çox), 2,31 milyon manatı Futbolun İnkişafı Fondundan daxilolmalardan (9,9 % az) əldə olunub.   Ötən il ərzində klubun xərcləri 19,9 % artaraq 28,195 milyon manat təşkil edib. Bunun 20,264 milyon manatı əməkhaqqı və mükafat xərclərinə (26,9 % çox), 403 min manatı əsas vəsaitlərin amortizasiyasına (8,3 % çox), 968 min manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (1 164,9 dəfə çox), 85 min manatı agentlərə (vasitəçilərə) ödənilmiş məbləğlərə (3,8 dəfə az), 81 min manatı qadın futboluna çəkilən xərclərə (40 % çox), 6,394 milyon manatı sair xərclərə (5,9 % az) yönəldilib. Bundan əlavə klubun maliyyə xərcləri 4,4 dəfə artaraq 176 min manata çatıb, bu isə 2024-cü ili zərərlə başa vurmağına səbəb olub.   Bu il yanvarın 1-nə "Neftçi Futbol Klubu”nun aktivləri 18,818 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Hesabat dövründə klubun öhdəlikləri 86,3 % artaraq 11,243 milyon manata, balans kapitalı isə 1,6 % azalaraq 7,575 milyon manata düşüb.   Xatırladaq ki, 1937-ci ildə "Neftyanik” futbol klubu yaradılıb. 1968-ci ildə isə bu klubun adı rəsmi olaraq dəyişdirilərək "Neftçi” olub.  
    Click here to Read more
    Prev Article
    Türkiye'ye Özel Olarak Üretilen Yeni BYD SEAL Design Satışa Sunuldu: İşte Model Y'yi Tahtından Edebilecek Fiyatı
    Next Article
    Rafael Ağayev əməliyyat olundu - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment