Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nəqliyyat sektorunda daşımalar 2025-ci ilin ilk dörd ayında artıb

    37 minutes from now

    Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda yük və sərnişin daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0% və 5,7% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ümumilikdə 76,1 milyon ton yük daşınıb. Daşınan yüklərin 59,2%-i avtomobil, 29,2%-i boru kəməri, 7,5%-i dəmir yolu, 3,9%-i dəniz və 0,2%-i hava nəqliyyatı ilə həyata keçirilib. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4% artaraq ümumi yükün 78,4%-ni təşkil edib. Sərnişin daşımalarında isə 659,6 milyon nəfərə xidmət göstərilib. Sərnişinlərin 88,3%-i avtomobil, 11,1%-i metro, qalan hissəsi digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatında sərnişinlərin 95,6%-i avtobuslardan, 4,4%-i isə taksilərdən istifadə edib. Dəmir yolu nəqliyyatında yük daşımaları 4,3% azalaraq 5,7 milyon tona düşsə də, sərnişin daşımalarında 16,1% artım qeydə alınıb. Dəniz nəqliyyatı ilə daşınan yük 12,7% artaraq 2,9 milyon ton olub, yüklərin 48,5%-i neft yükləridir. Dəniz limanlarında yükləmə-boşaltma işləri 4,5 milyon ton həcmində həyata keçirilib və 83,6%-i tranzit yük təşkil edib. Avtomobil nəqliyyatında isə yük daşımaları 7,0%, sərnişin daşımaları 6,6% artaraq müvafiq olaraq 45 milyon ton yük və 582,1 milyon sərnişin olub. Metro nəqliyyatında sərnişinlərin sayı 0,9% azalıb və 73,3 milyon nəfər təşkil edib. Hava nəqliyyatında isə sərnişin daşımaları 9,6% artaraq 1,18 milyon nəfərə çatıb, yük daşımalarında da 2% artım müşahidə olunub. Magistral neft kəmərləri ilə 12,2 milyon ton, magistral qaz kəmərləri ilə isə 13,9 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, 2025-ci ilin ilk dörd ayında nəqliyyat sektorunda həm yük, həm də sərnişin daşımalarında müsbət dinamika müşahidə olunub ki, bu da iqtisadi fəallığın artdığını göstərir.
    Click here to Read more
    Prev Article
    Zelenskinin Trampı öz tərəfinə çəkmək cəhdi uğursuz oldu
    Next Article
    Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment