Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Neuralink” xəstəsi beynilə video çəkib "YouTube"a yerləşdirdi

    1 day ago

    Elon Maskın qurucusu olduğu "Neuralink" şirkəti insan beynini kompüterə bağlayan texnologiyalarda daha bir mühüm irəliləyişə imza atıb.  Valyuta.az xəbər verir ki, “Neuralink”in üçüncü sınaq iştirakçısı və ilk danışa bilməyən ALS (Amyotrofik Lateral Skleroz) xəstəsi Bredford Smit yalnız beyin siqnalları ilə hazırlanmış ilk videonu ictimaiyyətə təqdim edib. Smit “YouTube” üzərindən paylaşdığı təxminən 10 dəqiqəlik videoda özünün artıq beyin siqnalları ilə yazı yaza bildiyini, videonu montaj edə bildiyini və süni intellekt sayəsində orijinal səsinə bənzər bir səs klonu ilə danışa bildiyini açıqlayıb. O bildirib ki, bu texnologiya əvvəl istifadə etdiyi göz izləmə sistemindən daha rahat və əlçatan bir interfeys təqdim edir. Daha əvvəl yalnız zəif işıq şəraitində ünsiyyət qura bilən Smit indi gün işığında, açıq havada belə kompüterdən rahatlıqla istifadə edə bildiyini və övladının robotika yarışmasında iştirak edib orada ünsiyyət qurduğunu qeyd edib. “Bu videonu beynimlə yazır və montaj edirəm,” – deyə o, texnologiyanın ona verdiyi azadlıq hissini vurğulayıb. Videoda Smitin yalnız düşünərək kompüterin kursorunu necə idarə etdiyini və cihazlarla necə əlaqə qurduğunu əyani şəkildə göstərən hissələr də yer alır. Həmçinin onun süni intellektlə yenidən yaradılmış səsi ilə danışması, texnologiyanın nə dərəcədə real və funksional olduğunu ortaya qoyur. Sərvanə Rəmixanova 
    Click here to Read more
    Prev Article
    Qazaxıstan investorlar üçün "Qızıl Viza" proqramını istifadəyə verib
    Next Article
    Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment