Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Nissan" 7 zavodunu bağlayacaq və 20 min iş yerini ixtisar edəcək

    3 hours ago

    Yaponiyanın avtomobil istehsalçısı "Nissan" şirkəti xərcləri azaltmaq məqsədilə dünya üzrə yeddi zavodunu bağlayacaq və 20 min nəfəri işdən azad edəcək. Bu addımlar genişmiqyaslı struktur islahatlarının tərkib hissəsi olaraq həyata keçiriləcək. Valyuta.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, islahatların 2027-ci ilə qədər başa çatdırılması planlaşdırılır.  Hazırda dəqiq olaraq hansı ölkələrdə və vəzifələrdə ixtisarların aparılacağı açıqlanmasa da, ümumilikdə bu dəyişikliklər "Nissan"ın əməkdaşlarının təxminən 15 faizinə təsir edəcək. Hazırda şirkətin İngiltərənin Sanderlend şəhərində yerləşən zavodunda 6 minə yaxın insan çalışır. Şirkətin bəyanatında bildirilib ki, bu dəyişikliklər "daha qənaətcil və dayanıqlı biznes modelinin" formalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, "Nissan" ABŞ prezidenti Donald Trampın ABŞ-a idxal edilən avtomobillərə 25 faiz rüsum tətbiq etmə planlarının da şirkətin fəaliyyətinə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. 2024-cü ilin dekabr ayında Yaponiyanın iki avtomobil nəhəngi - "Nissan" və "Honda" - birgə holdinq şirkəti yaratmaq məqsədilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Bu prosesin 2026-cı ilin avqustuna qədər yekunlaşdırılması planlaşdırılır. Yeni yaradılacaq şirkətdə aparıcı tərəf "Honda" olacaq. Şirkət rəhbər postların əksəriyyətini təyin etmək hüququna sahib olacaq və holdinqin prezidenti də "Honda" tərəfindən təyin ediləcək. Holdinq qurulduqdan sonra yalnız onun səhmləri Tokio birjasında ticarətə buraxılacaq, "Honda" və "Nissan"ın mövcud səhmləri isə açıq bazardan çıxarılacaq. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Apple'ın İşlemciler İçin TSMC'ye Ödeyeceği Dudak Uçuklatan Para Miktarı Ortaya Çıktı (O Paraya Sıfırdan Apple Kurulur)
    Next Article
    BOTAŞ'a ait ünite ilk kez yurt dışında görev yapacak

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment