Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Növbəti hərracda 68 nəqliyyat vasitəsi satılıb

    12 hours ago

    Finss.az - Mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 18.200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20.000 manata, 3.600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8.344 manata satılıb. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //shorturl.at/Q2ItN  linki vasitəsilə tanış olmaq olar. Cari ay ərzində növbəti hərraclar 20 və 27 may tarixlərində keçiriləcək. Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür. İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Türkiyənin iki incisi bir turda: İstanbul və Kapadokya səyahəti – 7 gecə / 8 gün
    Next Article
    Bakıda satılan mənzillərin orta sahəsi 93 kv.m olaraq qalır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment