Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "NSO Group" şirkəti casusluq edirmiş - "WhatsApp"a 167 milyon dollar təzminat ödəyəcək

    4 days ago

    ABŞ-də jüri qərarı ilə İsrailin "NSO Group" şirkəti 2019-cu ildə "WhatsApp" istifadəçilərinə qarşı həyata keçirdiyi casus proqram hücumuna görə 167 milyon 254 min dollar cərimə və 445 min dollar maddi təzminat ödəməli olacaq. Valyuta.az xəbər verir ki, beş il davam edən məhkəmə işi zamanı məlum olub ki, "NSO Group" "WhatsApp"ın zəng funksiyasındakı boşluqdan istifadə edərək 1400 nəfəri, o cümlədən jurnalistləri və insan haqları müdafiəçilərini izləyib. "Meta"ya məxsus "WhatsApp" bu hücumların qarşısını almaq üçün işçilərin sərf etdiyi vaxta görə təzminat tələb edib. "WhatsApp"ın sözçüsü Zade Alsavah bu qərarın qanunsuz casus proqramlara qarşı ilk hüquqi qələbə olduğunu bildirib. "NSO Group" isə qərardan apellyasiya şikayəti verməyi planlaşdırır. "Citizen Lab" təşkilatının tədqiqatçısı Con Skott-Reylton isə bildirib ki, bu məhkəmə qərarı "NSO Group"un iş modelinə və gizli fəaliyyətlərinə ciddi zərbə vurub. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Google, Tekel Davasında İyice Köşeye Sıkıştı: İki Hizmeti Daha Satması Talep Edildi!
    Next Article
    Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi 4,9 milyonluq tender elan etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment