Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ölkəmizdə ilk dəfə Geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

    52 minutes ago

    Finss.az - “AzerGold” QSC tərəfindən ölkəmizdə ilk dəfə geoloji kəşfiyyat məlumatlarının real vaxt rejimində toplanması, emalı, arxivləşdirilməsi və idarə olunmasını təmin edən Geoloji kəşfiyyat informasiya sistemi yaradılaraq, istifadəyə verilib. Yeni proqram təminatı QSC-nin biznes proseslərinin rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi sahəsində fəaliyyəti çərçivəsində geoloji tədqiqatlarının operativliyini və səmərəliliyini artırmaq məqsədi daşıyır. Sözügedən sistem iki əsas komponentdən – veb əsaslı proqram təminatı və mobil tətbiqdən ibarətdir. Veb əsaslı proqram təminatı stasionar şəraitdə məlumatların emalı, idarə olunması və hesabatların hazırlanması funksiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Bu platforma vasitəsilə geoloji məlumatların strukturlaşdırılması, arxivləşdirilməsi, müxtəlif formatlarda axtarış və çeşidləmə funksiyaları, habelə xəritə əsaslı vizualizasiya və təhlil imkanları təmin olunur. Veb sistem informasiya axınını sinxronlaşdırır, məlumat təhlükəsizliyini təmin edir. Mobil tətbiq isə sahə şəraitində, xüsusilə geoloji kəşfiyyat və nümunə toplama proseslərində istifadə üçün nəzərdə tutulub. Bu tətbiq geoloqlara koordinatların qeydiyyatı, foto və mətn məlumatlarının əlavə olunması, nümunələrin təsnifatı və digər funksiyaları yerinə yetirməyə imkan verir. Mobil tətbiq oflayn rejimdə də işləmə qabiliyyətinə malikdir və internet bağlantısı bərpa olunduqda məlumatlar avtomatik olaraq əsas sistemə ötürülür. Ümumilikdə proqram təminatı həm yerli, həm də beynəlxalq hesabatlılıq standartlarına uyğunluğun təmin edilməsində mühüm rol oynayır və gələcəkdə geoloji məlumatların daha geniş spektrdə istifadəsinə imkan yaradır. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Prezident yeni Hərbi prokuror təyin etdi
    Next Article
    Türkiyənin iki incisi bir turda: İstanbul və Kapadokya səyahəti – 7 gecə / 8 gün

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment