Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Orta aylıq əmək haqqı artaraq 1043 manat oldu

    2 weeks ago

    2025-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu məbləğ 946,8 manat olub. Nəticə olaraq, illik müqayisədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 96,8 manat artıb. Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3643,9 manat olub. Ötən ilin eyni dövründə neft-qaz sektoru üzrə əmək haqqı 3438,3 manat olaraq hesablanıb. Bu da onu deməyə əsas verir ki, illik müqayisədə bu sektor üzrə əmək haqqında 205 manat və ya 5,9% artım olub. Bu ilin yanvar-fevral aylarında qeyri neft-qaz sektorunda 994,8 manat təşkil edib. İllik hesablamaya nəzər salsaq, bu qiymət 899,7 manat təşkil edib. Nəticə onu deməyə əsas verir ki, qeyri-neft sektorunda əmək haqqı  10,5% və ya 95,1 manat artıb. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1004,3 manat olaraq hesablanıb. Belə ki, illlik müqayisədə bu sahədə işləyənlərin əmək haqqı  11,3% və ya 102,5 manat artıb. Ötən ilin eyni dövründə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 901,8 manat olub.  Özəl müəssisələrdə isə əmək haqqı 1084,2 manat təşkil edib. 2024-cü ilin yanvar-fevral aylarında bu sahə üzrə əmək haqqı 996,5 manat təşkil edib. Müqayisə ilə demək olar ki, bu sahə üzrə əmək haqqı 2 dəfəyə yaxın və yaxud 87,7 manat və ya 8,8 faiz artım olub.  Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Palata sədri: Bəzi hallarda dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır
    Next Article
    Maç maç yorumladı: Volkan Demirel'den Fenerbahçe kehaneti!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment