Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Paşa Holdinq”in Türkiyədəki törəmə bankı gəlirlərini açıqladı

    9 hours ago

    Azərbaycanın iri investisiya qruplarından olan “Paşa Holdinq”in Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti “Paşa Yatırım Bankası A.Ş.”, bu ilin ilk rübündə uğurlu maliyyə nəticələri əldə edib. Valyuta.az Bankın yaydığı rəsmi maliyyə hesabatına əsasən xəbər verir ki, yanvar-mart ayları ərzində 139,9 milyon lirə (təxminən 3,6 milyon ABŞ dolları) həcmində xalis mənfəət qeydə alınıb.  Rüb ərzində “Paşa Yatırım Bankası”nın ümumi faiz gəlirləri 548,8 milyon lirəyə (14,1 milyon dollar), faiz xərcləri isə 377,9 milyon lirəyə (9,7 milyon dollar) çatıb.  Qeyd edək ki, törəmə şirkət 1987-ci ildə "Yatırım Bank A.Ş" adı ilə İstanbulda yaradılıb. Bankın səhmlərinin böyük hissəsi – 71,75 faizi “Paşa Holdinq” MMC-yə, 28,21 faizi isə Azərbaycanda fəaliyyət göstərən “Paşa Bank” ASC-yə məxsusdur.  Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Magistraturanın müsabiqə şərtləri - Keçid balları AÇIQLANDI
    Next Article
    BAİB, ihracat hedefini 10 gün erken aşarak yeni bir rekora imza attı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment