Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    PAŞA Sığorta şirkəti Bakı Dövlət Universitetinin tələbələri üçün maarifləndirici sessiya keçirib

    12 hours ago

    Finss.az - PAŞA Sığorta şirkəti sığorta sahəsində maarifləndirmə tədbirlərinin tərkib hissəsi olaraq Bakı Dövlət Universitetinin tələbələri üçün sessiya təşkil edib. Tədbir zamanı iştirakçılara şirkətin nümayəndələri tərəfindən sığortanın əhəmiyyəti, əsas sığorta növləri və bu sahədə aktual trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda PAŞA Sığorta şirkətinin təqdim etdiyi məhsullar barədə təqdimat keçirilib. Sessiyada tələbələrin sualları cavablandırılıb, həmçinin şirkətin mövcud olan karyera imkanları haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələr arasında interaktiv yarışma baş tutub və qalib olan iştirakçılar mükafatlandırılıb. Sessiyada universitetin 50-dən çox tələbəsi iştirak edib. PAŞA Sığorta təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində belə təşəbbüsləri davam etdirərək gənclərin sığorta sahəsinə marağının artırılmasına töhfə verməyi hədəfləyir. Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Bu il Azərbaycanda 9,1 milyon ton neft-kondensat hasil edilib - Pərviz Şahbazov
    Next Article
    Bu il Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz ixrac olunub – Pərviz Şahbazov

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment