Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pekin ABŞ-ı tarifləri ləğv etməyə çağırdı

    23 hours ago

    Finss.az - Çin rəsmi olaraq ABŞ-ı Çin mallarına qarşı tətbiq olunan birtərəfli tarifləri ləğv etməyə çağırıb. Bu çağırış, dünyanın ən böyük iki iqtisadi gücü arasında keçiriləcək ilk ticarət danışıqları öncəsi gərginliyin artdığı bir vaxta təsadüf edir. Məlumatı Bloomberg yayıb. Çin Ticarət Nazirliyinin sözçüsü Xe Yadun, cümə axşamı keçirilən mətbuat konfransında bildirib ki, ABŞ "danışıqlarda səmimi olmalı və öz birtərəfli səhvlərini düzəltməyə hazır olmalıdır". Onun bu bəyanatı ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına hazırda tətbiq olunan, bəzi kateqoriyalar üzrə 145%-ə çatan tarifləri azaltmaq niyyətində olmadığını deməsindən dərhal sonra gəlib. Ekspertlər hesab edirlər ki, hər iki tərəf danışıqlara güclü mövqedən başlamaq üçün sərt ritorikaya üstünlük verir. Tərəflər arasında ilk görüşlər bu həftəsonu İsveçrədə keçiriləcək. ABŞ tərəfini maliyyə naziri Skott Bessint və ticarət nümayəndəsi Ceymison Qrir, Çin tərəfini isə Baş nazirin müavini Xe Lifən təmsil edəcək. Qeyd edək ki, Tramp danışıqların baş tutacağı elan edilməzdən əvvəl Çin üçün tariflərin müəyyən mərhələdə azaldılmasına açıq olduğunu bildirmişdi. Lakin son açıqlamalar, razılaşma yolunda hələ ciddi maneələrin olduğunu göstərir.
    Click here to Read more
    Prev Article
    Azərbaycan - Vyetnam: İqtisadi Sahədə Əməkdaşliq Perspektivləri
    Next Article
    Netflix, Ruh Halinize Göre Film ve Dizi Önerecek Yapay Zeka Botu Üzerinde Çalışıyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment