Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pensiyalarla bağlı yeni rəqəmlər açıqlandı

    6 hours ago

    Finss.az - Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Belə ki, bu dövrdə fond xərcləri 2 milyard 501 milyon manat olub. Metbuat.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov bildirib. "Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu isə həmçinin 2025-ci ildə yeni sosial paketin icrasına başlanılması ilə bağlıdır. 2025-ci ilin ilk 4 ayında fond tərəfindən 17500-dən çox şəxsə pensiya təyin edilib. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarıdır. Bu baxımdan, növbəti aylarda sosial paketin daha da dərinləşməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətlət pensiya, müaviət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir. Digər tərəfdən, qeyd olunan müddətdə fondun gəlirlərində də artım qeydə alınıb. Belə ki, fondun gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 mln. manat) çox olmaqla 2 milyard 715 milyon manat olub", - iqtisadçı əlavə edib.
    Click here to Read more
    Prev Article
    10 ilədək müddətli, 5%-dək illik faizli dövlət dəstəklı kreditlər təqdim olunur
    Next Article
    Robert Kiyosaki: "Bitcoin qiyməti 140% artacaq"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment