Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Peru sahillərində qeyri-adi məzarlıq aşkarlandı

    6 days ago

    Peru sahillərində arxeoloqlar qədim Caral sivilizasiyasının yuxarı təbəqələrinə aid ola biləcək 5000 yaşlı qadının qalıqlarını aşkar ediblər.  HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Arxeoloq David Palomino agentliyə deyib: "Bu, mühüm dəfndir, çünki yüksək statuslu qadına uyğun elementləri ehtiva edir". Mütəxəssis cəsədin necə sarıldığını, dərisinin, saçının və dırnaqlarının qorunmasına diqqət çəkib. 20-35 yaşları arasında dünyasını dəyişən qadının cəsədi Amazon macawlarına aid ola biləcək göy və qəhvəyi rəngli lələklərdən ibarət xalatla örtülmüş vəziyyətdə tapılıb. Üstəlik, məzarın ətrafı qurban səbətləri, vazalar, balqabaqlar və tukan dimdiyi ilə əhatə olunub. Perunun paytaxtı Limadan təxminən 180 kilometr aralıda yerləşən Caral şəhəri Cənubi Amerikanın ən qədim şəhəri hesab olunur. Qədim Misir, Çin və Şumer sivilizasiyaları ilə eyni vaxtda məskunlaşıb. Samir      
    Click here to Read more
    Prev Article
    Aqrar Xidmətlər Agentliyindən bu şirkət yarım milyonluq sifariş
    Next Article
    Böyük Britaniyada avtomobil istehsalı bir ildə ilk dəfə mart ayında artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment